О нас

KidsZone şirkəti 2017-ci ildən etibarən əsasən keyfiyyətli plastik oyuncaqlar sahəsində dünya oyuncaq bazarında öz sözünü demiş POLESIE və DREAM MAKERS kimi məşhur beynəlxalq brendlərin məhsullarının idxalı, distributorluğu, topdan və pərakəndə satışı ilə məşğuldur.

KidsZone həmçinin bu məşhur oyuncaq markaları ilə iş birliyi içərisindədir, işlədiyi istehsalçı və tədarükçülər ilə rəsmi distributorluq müqaviləsi əsasında tam rəsmi qaydada işləyir. İdxal etdiyi bütün məhsulların beynelxalq keyfiyyət və mənşə sertifikatları mövcuddur.

Bu məhsullar 5 il zəmanətli və ekoloji baxımdan təmizdir. Oyuncaqların böyük əksəriyyəti zehni inkişaf etdiricidir və uşağın sağlamlığı üçün tam güvənilirdir.