Satış Tərəfdaşlığı

Kidszone Satış Tərəfdaşlığı

Kidszone Satış Tərəfdaşı olmaq istəyirsiniz? Sizin sayənizdə edilən satışlardan siz də gəlir əldə edin.

Nə qədər qazanacaqsınız? Necə satış tərəfdaşı ola bilərsiniz?

Linkinizə klikləyən insanların verdiyi sifarişlərin 12%-i sizin qazancınız olacaq. Qazancınız 20 manata çatdıqdan sonra hər ayın 15-i və son günündə hesabınıza köçürüləcək.

Aşağıdakı formanı dolduraraq satış tərəfdaşlığı üçün müraciətinizi göndərin. Müraciətiniz təsdiqləndikdə, Bank Məlumatları bölməsində qazancınızın yatırılacağı hesab məlumatını daxil etdikdən sonra satış tərəfdaşımız olaraq paylaşmalar etməyə başlaya bilərsiniz.

Siz “Sistem necə işləyir?” deyə soruşmadan biz cavab verək. 

Müraciətiniz təsdiqləndikdən sonra seçdiyiniz məhsulun linkini kopyalamalı və Müştəri Panelindəki Satış Tərəfdaşlığı səhifəsində məhsul üçün sizə aid xüsusi link yaratmalısınız. Bu link sizin sayənizdə edilən satışların izlənməsini və qazancınızın hesablanmasını təmin edəcək.

Bu linki kopyalayaraq sosial mediya hesablarınızda, bloqunuzda, vebsaytınızda paylaşıb seçdiyiniz məhsulun təbliğini edə bilərsiniz.

Linkə klikləyən bir istifadəçinin 24 saat ərzində Kidszone saytındakı hərəkətləri izlənir. Həmin istifadəçi 24 saat ərzində sifariş yaratdıqda  sifariş məbləğinin 12%-i sizin qazancınız olur.  Sifariş 24 saat  ərzində yaradılmasa, sayt daxili hərəkətlərin izlənməsi dayandırılacaq.  24 saatdan sonra yaradılan sifarişlər izlənə bilinmədiyi üçün sizə gəlir gətirməyəcək.

Qazanc əldə etmək üçün məhz paylaşdığınız məhsulun sifariş edilməsnə ehtiyac yoxdur. Paylaşdığınız link vasitəsilə sayta gələn müştərilərin alacağı bütün məhsullardan 12% qazanacaqsınız.

Satış Tərəfdaşlığı Panelindən qazancınızı və yaratdığınız sifarişləri izləyə bilərsiniz. Qazancınız 20 manata çatdıqdan sonra hər ayın 15-i və sonuncu günü hesabınıza köçürüləcək.

Nə deyirsiniz? Gəlin formanı doldurun və satış tərəfdaşımız olun!

Əgər siz artıq bizim Satış Tərəfdaşımızsınızsa, hesabınıza daxil olub Satış Tərəfdaşlığı Panelindən öz linkinizi yarada bilərsiniz.

Əgər Kidszone üzvüsinizsə, Satış Tərəfdaşımız olmaq üçün aşağıdakı müraciət formasını doldurmağınız kifayyətdir.

Əgər hələ Kidszone üzvü deyilsinizsə, aşağıdakı müraciət formasını doldurduğunuz zaman platformaya üzv olacaqsınız və Satış Tərəfdaşlığı üçün müraciətiniz bizə çatacaq.