Slaymların Faydası Nədir? Uşağınız Üçün En Uyğun Slaym Növləri
Slaym yayılan və qatqı formada orijinal oyuncaqlardır. İlk slaym natrium tetraboratdan hazırlanmışdı və jeleyə bənər bir qədər axıcı quruluşa sahib idi. Rəvayətə görə, ilk slaym Kaliforniyada yerləşən Amerikanın “Mattel” oyuncaqlarında ortaya çıxdı. Şirkət oyuncaq istehsalı ilə məşğul idi və “Barbie” kuklaları, “Monster High”, “Disney” personajlarının heykəlciklərinin satışı ilə məşğul idi.
Müasir istehsalçılar slaymı sınaqdan keçirir, ona digər maddələr əlavə edir və görünüşünü dəyişdirir. Slaym teksturalarının siyahısı genişdir və hər gün fərqli əl oyun növləri ilə yenilənir.
Slaymlar hər oyuncaq mağazasında tapmaq olar. Onlar hər il təkmilləşdirilir, yeni xüsusiyyətlər əlavə edirlər. Hər zövqə görə slaym tapmaq mümkündür:
xırtıldayan;
yağlı;
maye;
zər və bəzək ilə;
göy qurşağı ilə;
süni qarla və s.
Slaymlarla olan oyunlar uşaqları sakitləşdirir və eyni zamanda incə motor bacarıqlarının inkişafına kömək edir. Amma bu gün təkcə oyuncağın müsbət cəhətlərindən deyil, həm də sağlamlığa zərərindən danışılır. Mağazada və evdə hazırlanmış əl oyunları, alıcıların sağlamlığı üçün narahat olmadan, ucuz kimyəvi maddələrdən hazırlanır. İlk slaymların neçənci ildə meydana çıxdığını bilə-bilə, oyuncaq fabrikinin işçiləri onun istehsalında zərərli maddələrdən istifadə etmədiyini güman edə bilər. Kiçik miqdarda kamed və bor maddələri zərərsizdir. Ancaq kley, həlledicilər, yuyucu vasitələrə əsaslanan hazırkı slaymlar daha ucuz olsa da, zəhərlidir, allergiya və dəri xəstəliklərinə səbəb olur. Buna görə də, uşaq üçün slaym alarkən, oyuncağın tərkibini və keyfiyyətini mütləq yoxlayın. Beləliklə, körpəniz zərər almadan slaymla oynamaqdan zövq alacaq.
Slaymı uşağa nə zaman vermək olar?
Bu gün slaymların körpələr üçün təhlükələri, uzun oyundan sonra inkişaf edən dermatit haqqında çoxlu məlumatlar var. Bora və komad maddələri insan üçün zərərli olmasa da, uzun müddət dəri ilə təmasda olduqda dermatitə səbəb ola bilər.
Həmçinin, oyuncaqların tərkibinə tez-tez aqressiv, tez reaksiyaya girən digər kimyəvi əlavələr daxil ola bilər. Allergiyası olan, dəri xəstəliklərindən əziyyət çəkən uşaqlar, immuniteti zəif olan körpələr üçün slaym almağınız məsləhətli deyildir. Slaym almazdan öncə onun tərkibinə mütləq diqqət yetirilməlidir.
Buna görə də, uşağın 3-4 yaşdan kiçik olması halında slaym almaq tövsiyə edilmir. Bu yaşda körpəyə artıq izah edilə bilər ki, bunlar nədir və nə üçün istifadə edilməlidir, onlarla oynayarkən təhlükəsizlik qaydaları nələrdən ibarətdir.
Qeyd! Oyuncağı ağıza, buruna, qulaqlara və ya gözə aparmaq olmaz.
Konsistensiyaya Görə Slaymların Növləri
Slaym hansı növlərinin olduğunu bilmək həm klassik, həm də eksklüziv modellərin böyük çeşidi arasından özünüz üçün ən uyğununu seçməyə imkan verir. Oyuncaqların təsnifatı meydana çıxma tarixindən asılı olaraq, bir neçə növ əsas slaym növü hesab olunur:
“Original”, “Handgum”, “Fluffy” və onların alt növləri.
Bu növlər ənənəvi xüsusiyyətlərə malikdir – uzanır, bir az çırpılır və yığılır. Oyuncağın tutarlılığı yarı maye halındadır, çoxlarına “Ghostbusters” filmindəki “Lizun” obrazını xatırladır.
“Original”
Mövcud olduğu ilk vaxtlarda “Orijinal”-lar parlaq yaşıl rəngdə istehsal olunurdu, lakin bu gün kompozisiyalar həm rənglərdə, həm də aromalarda fərqlənə bilər.
“Handgum”
Nəinki uşaqlar, yeniyetmələr, hətta böyüklər arasında da məşhur olan bu slaym növü əl saqqızıdır. Bu vəziyyətdə oyuncağın tutarlılığı sıx və vahiddir. Kompozisiya yaxşı uzanır, bükülür və eyni zamanda hissələrə ayrılır, lakin bir-birindən fərqli parçalar birləşdirildikdə tez bir zamanda yapışır. Slaym sevərlər üçün mövcud olan bütün növ slaymlardan “Handgum”, yaradıcılıq üçün növbəti mərhələ oldu. Oyuncaq fakturaya görə həqiqi plastilindən daha yumşaqdır, həm də formasını yaxşı saxlayır. Belə materialdan müxtəlif fiqurlar və ya formalar hazırlamaq mümkündür.
“Fluffy”
Bəzi slaymların tərkibi oxşasa da, onların adları fərqlənir. Beləliklə, tüklü slaym “Fluffy” adlanır. Populyarlığına görə bu növ ilk üçlük arasındadır. Həqiqətən, fərqli teksturası xoş təsir bağışlayır. Belə bir slaym asanlıqla əllərdə uzanır və yığılır, həmçinin düz bir səthlə toqquşursa, biraz dağılır, yalnız sonda öz formasına qayıdır. Belə oyuncaqlar aromatizatorlar əlavə edilməklə müxtəlif rənglərdə təqdim olunur. Eyni kateqoriyaya “Bubble” slaymlar aiddir. Bu növlər də hava ilə dolu və yüngüldür, lakin oyuncağın tərkibində sıxılanda partlayan hava qabarcıqları vardır.
Bir cavab yazın