Yeni Doğulmuş Körpələr Üçün Oyuncaq Necə Seçilir?
Yeni doğulmuş körpələr üçün oyuncaqların çox mühüm rolu var; düzgün məhsulları seçərək onların dünyanı kəşf etmək səylərinə töhfə verə, fiziki və əqli inkişafına dəstək ola bilərsiniz. Fiziki bacarıqları hələ məhdud olsa da, eşitmə və toxunma qabiliyyətləri sayəsində oyuncaqlarla əlaqə qura bilirlər. Ona görə də yeni doğulmuş körpələr üçün oyuncaq seçərkən bu meyarları nəzərə almalısınız.
Yeni doğulmuş körpələr beşikdə və ya çarpayıda daha çox vaxt keçirdikləri üçün bu mühiti daha maraqlı etməlisiniz. Misal üçün, parlaq rəngli əşyalar və heyvan fiqurlarından istifadə edə bilərsiniz. Əgər yeni doğulmuş körpəniz üçün düzgün oyuncaq semək istəyirsinizsə, rəngli və səsli oyuncaqlara üstünlük verməlisiniz. Səs çıxaran və hərəkət edən oyuncaqlar yeni doğulmuş körpələrin diqqətini cəlb edər. Çınqırıqlar, musiqi qutuları, asma-mobil oyuncaqlar yeni doğulmuş körpələr üçün ən uyğun oyuncaqlardır.
Bir cavab yazın